45 nəfəri öldürən terrorçunun qardaşı ələ keçirildi
“Qadağan olunmuş bütün təşkilatlara qarşı fəaliyyəti aktivləşdirmək barədə qərar qəbul edilib. Bu məqsədlə, müfti Abdulla Rauf da daxil olmaqla, bu cür təşkilatların nəzarət altında olan 44 üzvü istintaq aparılması üçün saxlanılıb” – nazirliyin məlumatında vurğulanıb.
Qeyd edək ki, 14 fevraldakı həmin teraktdan sonra iki nüvə ölkəsi arasındakı münasibətlər daha da gərginləşib. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edərək, terrorçuları himayə etdiyini deyib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir.
Hücuma cavab olaraq Hindistan mübahisəli Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsindəki terror düşərgələrinə hava zərbələri endirib, ardınca isə Pakistana məxsus 3 hərbi təyyarəni ələ keçirib. Pakistan da qonşu ölkənin Kəşmirdəki faktiki sərhədi pozan 2 qırıcısını vuraraq pilotlardan birini əsir götürmüşdü. Onu geri qaytarmalarına baxmayaraq, Kəşmirdə iki ölkə arasındakı atəşkəs rejimi mütəmadi şəkildə pozulur.
Leyla Elbrusqızı
Azvision.az