Çində polis məntəqəsi partladıldı

Çində polis məntəqəsi partladıldı
  28 Mart 2019    Oxunub:1640
Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Şenyan şəhərindəki polis məntəqələrindən biri partladılıb.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında deyilir.

Qeyd olunur ki, naməlum şəxs polis məntəqəsinin binasına girərək birinci mərtəbədə partlayıcı qurğunu işə salıb. Nəticədə özü həlak olub, 3 nəfər isə yaralanıb. Xəsarət alanlardan ikisi polis əməkdaşı, biri isə işçidir.

Partlayışı törədənin kimliyi və motivi barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Çin  



Xəbər lenti