Azərbaycanlı tələbə Türkiyədə 5-ci mərtəbədən yıxılıb - VİDEO

Azərbaycanlı tələbə Türkiyədə 5-ci mərtəbədən yıxılıb -  VİDEO
  06 Aprel 2019    Oxunub:4729
Türkiyənin Qaraman şəhərində azərbaycanlı tələbə yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

Azvision.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 21:30 radələrində, şəhərin Fenari məhəlləsində, Molla Fenari küçəsində qeydə alınıb.
Məlumata görə, Qaramanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 22 yaşlı Həmdəmin Balakişiyev yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən, hələlik bəlli olmayan səbəblərdən yıxılaraq ağır xəsarət alıb.

Təxminən 15 metr yüksəklikdən beton səki üzərinə yıxılan azərbaycanlı tələbə ilkin tibbi yardım göstərildikdən sonra Karaman Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Tələbə  



Xəbər lenti