İndoneziyada seçkilərdə 272 nəfər ölüb
Qeyd olunub ki, ölkənin Maliyyə nazirliyi dünyasını dəyişən şəxsin ailələrinə maddi yardım edəcək. Hazırda səslərin sayımı davam edir.
Qeyd edək ki, İndoneziyada hökumətin bütün səviyyələrində - Prezident və Vitse-prezident, Milli Parlament, əyalət parlamentləri, şəhər və rayon şuraları səviyyəsində birdəfəlik ümumi seçkilər yüksək seçici fəallığı ilə aprelin 17-də baş tutub. Seçkilərdə səs hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri İndoneziya Milli Seçki Komissiyası tərəfindən mayın 22-də elan ediləcək.
Azvision.az
Teqlər: Seçki