Ermənistanın Baş Qərargah rəisi karantin qaydalarını pozdu - VİDEO
“Baş nazir Nikol Paşinyanın öz iş otaqlarında attestat verdiklərinə görə məktəb direktorlarını işdən çıxardığı bir vaxtda, yüksək vəzifəli məmur oğluna toy edir və bütün məhəlləni musiqinin gurultusu bürüyür.
Silahlı qüvvələrin Baş qərargah rəisi Artak Davtyan toyun fövqəladə vəziyyət rejimində keçirilməsinə qərar verib. Yeni evlənənlər kilsədə olublar. Daha sonra isə 100 nəfərdən çox qonağın iştirakı ilə toy məclisi baş tutub. Küçədə dövlət nömrələri olan çox sayda maşınlar var idi. Rəsmi şəxslər faktiki olaraq fövqəladə vəziyyət rejimini və baş nazirin əmrlərinə məhəl qoymurlar", - deyə nəşr yazıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArtakDavtyan







Vaxtında, Aydın, Lazımlı!


