Fransada 403 yeni yoluxma qeydə alındı

Fransada 403 yeni yoluxma qeydə alındı
  10 İyun 2020    Oxunub:3591
Fransada son sutka ərzində daha 87 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 29 296-ya çatıb. Koronavirusa yoluxanların ümumi sayı 154 591 nəfərdir. Son sutkada 403 yeni yoluxma qeydə alınıb.

Son günlər Fransada koronavirusa yoluxma və ölüm sayında azalma müşahidə edilir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  



Xəbər lenti