ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb

ABŞ-ın 14 ştatında koronavirusa yoluxma kəskin artıb
  10 İyun 2020    Oxunub:2583
İyunun əvvəlindən başlayaraq ABŞ-ın 14 ştatında koronavirus infeksiyasına yoluxma halları kəskin artıb.
Azvision.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Nəşr yazıb ki, Alyaskada, Arizona, Arkanzas, Texas, Kaliforniya, Şimali Karolina, Cənubi Karolina, Florida, Kentukki, Nyu-Meksiko, Missisipi, Oreqon, Tennesi, Yuta, həmçinin Puerto Rikoda (ABŞ-ın idarəçiliyi altında olan sərbəst assosiasiyalı dövlət) son bir həftədə ən yüksək göstəricilər qeydə alınıb.

İlk dalğa Nyu-York, Çikaqo kimi sıx məskunlaşmış şəhərlərdə baş verib. İndi isə bu tendensiya özünü ölkənin digər bölgələrində göstərir.

ABŞ-ın Con Hopkins institutunun son məlumatına görə, ölkədə COVID-19-a 1,96 milyon yoluxma aşkarlanıb, təxminən 112 min nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti