Corc Floyd dəfn edildi - FOTO

Corc Floyd dəfn edildi -  FOTO
  10 İyun 2020    Oxunub:4445
ABŞ-ın Minneapolis şəhərində ötən ay polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydun dəfn mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, 46 yaşlı Floyd böyüdüyü Hyuston şəhərində dəfn olunub.

Onunla vida mərasimi ictimaiyyət üçün qapalı olub. Təxminən 500 nəfər mərasimə qatılıb. Bununla belə 300-ə yaxın insan kilsənin qarşısına toplaşıb.

Floyd anasının yanında dəfn olunub.

Xatırladaq ki, mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Bu zaman polis onu yerə uzadıb və dizi ilə boynunu sıxmağa başlayıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini, boğulduğunu desə də, polislər buna məhəl qoymayıblar. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümü ABŞ-da iğtişaşlarla müşayiət olunan kütləvi etirazlara səbəb olub. Bunun ardınca ABŞ-ın 40-da çox şəhərində komendant saatı tətbiq edilib.

Həmin polislər işdən çıxarılıb və cinayət işi açılıb.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: CorcFloyd  



Xəbər lenti