Ukraynada 833 nəfər koronavirusdan ölüb

Ukraynada 833 nəfər koronavirusdan ölüb
  10 İyun 2020    Oxunub:3500
Ukraynada bir gündə 525 nəfər koronavirusa yoluxub, aşkar edilmiş ümumi yoluxma sayı 28 381-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son sutkada 23 nəfər ölüb, 357 xəstə sağalıb: "Ötən gün ərzində 525 yoluxma qeydə alınıb. Onlardan 70-i uşaq, 49-u tibb işçilsidir”.

Ümumilikdə, Ukraynada koronavirusa yoluxmuş 28381 nəfərin 2073-ü uşaq, 5184 nəfəri isə səhiyyə işçisidir. 12769 xəstə sağalıb, 833 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti