Rusiyada COVID-19-a yoluxma sayı yarım milyona çatır

Rusiyada COVID-19-a yoluxma sayı yarım milyona çatır
  10 İyun 2020    Oxunub:3321
Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8404 nəfər artaraq 493 657-yə yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə 216 nəfər koronavirusdan vəfat edib.

Pandemiya qurbanlarının ümumi sayı 6358 nəfər təşkil edir. Yeni yoluxma halları 83 regionda qeydə alınıb.

Son sutkada 10 386 nəfər olmaqla, indiyədək 252 783 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti