Koronavirusa yoluxanların sayı 7,3 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 7,3 milyonu keçdi
  11 İyun 2020    Oxunub:4809
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 362 min 168 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 414 min 560 nəfərdir.

İndiyədək 3 milyon 634 min 27 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti