Türkiyədə koronavirusdan daha 17 nəfər öldü

Türkiyədə koronavirusdan daha 17 nəfər öldü
  11 İyun 2020    Oxunub:3199
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 922 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4746, yoluxanlar isə 173 036 nəfərə çatıb.

Türkiyədə indiyədək 146 839 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti