İranda daha 115 nəfər koronavirusdan öldü

İranda daha 115 nəfər koronavirusdan öldü
  16 İyun 2020    Oxunub:2623
İranda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 2563 nəfər artaraq 192 439-a çatıb.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, COVID-19 infeksiyasından daha 115 xəstə vəfat edib.

Pandemiya qurbanlarının ümumi sayı 9065-dir. İndiyədək xəstəlikdən 152 675 nəfər sağalıb.

Hazırda 2815 xəstənin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  



Xəbər lenti