Tsarukyanın deputat toxunulmazlığı ləğv edildi
Qanuna görə, müvafiq vəsatəti ən azı 67 deputat dəstəklədiyi təqdirdə, parlament üzvü toxunulmazlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, Tsarukyan üç cinayət işində təqsirli bilinir. Bu gün səhər baş prokuror Artur Davtyan onun deputat toxunulmazlığının ləğvi və cinayət təqibinin başlanmasına icazə verilməsi üçün parlamentə vəsatət təqdim edib.
Tsarukyan bunu siyasi motivli hesab edir və səbəb kimi baş nazir Nikol Paşinyanı tənqid etməsini göstərir.
Daha əvvəl Ermənistan parlamentindəki 3 fraksiyadan biri olan "Parlaq Ermənistan" səsvermədə iştirak etməyəcəyini bildirib. Tsarukyanın əleyhinə yalnız Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun deputatları səs verib.
Qeyd edək ki, Tsarukyanın partiyası parlamentdə 25, “Parlaq Ermənistan” isə 18 yerlə təmsil olunur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: QaqikTsarukyan







Vaxtında, Aydın, Lazımlı!


