Türkiyədə koronavirusa yoluxma sayı 180 mini ötüb

  Türkiyədə koronavirusa yoluxma sayı 180 mini ötüb
  17 İyun 2020    Oxunub:2991
Türkiyədə son sutka ərzində 17 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1467 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4842, yoluxanlar isə 181 298 nəfərə çatıb.

Türkiyədə indiyədək 153 379 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti