Hindistanda koronavirus rekord həddə çatdı

Hindistanda koronavirus rekord həddə çatdı
  17 İyun 2020    Oxunub:2298
Hindistanda son sutkada 10 900 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə son sutkada infeksiyadan 2003 nəfər ölüb. Bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 354 065-ə, pandemiya qurbanlarının sayı isə 11 903 nəfərə yüksəlib.

Hindistanda 155 227 pasiyent xəstəxanada müalicə olunur. İndiyədək koronavirusa yoluxan 186 923 nəfər sağalıb.

Azvision.az


Teqlər:



Xəbər lenti