Bu gün Şərq Tərəfdaşlığı liderlərinin videokonfransı keçiriləcək
Bildirilir ki, konfransda 27 üzv ölkənin dövlət və hökumət başçıları, Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan 6 ölkənin liderləri, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək.
“Liderlər bir daha Şərq Tərəfdaşlığının strateji əhəmiyyətini müzakirə edəcəklər. Bundan başqa, COVID-19 böhranı dövründə həmrəyliyin vacibliyini qeyd edəcək və Aİ-nın ŞT regionunda pandemiyanın təsirini aradan qaldırmaq üçün göstərdiyi dəstəyi də nəzərə çatdıracaqlar”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan ŞərqTərəfdaşlığı







Vaxtında, Aydın, Lazımlı!


