“Özümü qorumağa çalışsam da, mümkün olmadı” - Virusa yoluxan məmur
Tuqjanov bildirib ki, koronavirus testinin nəticəsi müsbət çıxıb.
“Özümü infeksiyadan qorumağa nə qədər çalışsam da, mümkün olmadı. Koronavirus infeksiyasının simptomsuz forması aşkar olundu. Daha tez sağalmaq və işə başlamaq üçün həkimlərin bütün göstərişlərinə əməl edirəm", - deyə Tuqjanov vətəndaşları ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.
Qeyd edək ki, dundan əvvəl Səhiyyə naziri Yeljan Birtanov, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev, parlamentin aşağı palatasının spikeri Nurlan Niqmatulin, Prezidentin mətbuat katibi Berik Kurmanqali və bir sıra deputatlarda koronavirus infeksiyası aşkar edilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: EralıTuqjanov







Vaxtında, Aydın, Lazımlı!


