Paşinyan Moskvaya niyə getmir? - Rusiya İrəvanın təklifini rədd etdi

Paşinyan Moskvaya niyə getmir? -  Rusiya İrəvanın təklifini rədd etdi
  20 İyun 2020    Oxunub:3796
“Dünən Ermənistanın baş naziri Nikol Paşinyan epidemiyaya görə Moskvaya səfərini ləğv etdiyini açıqladı. Lakin səfərin ləğvi Kremlin yaratdığı maneələr səbəbindən baş verib”.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri rəsmi mənbələrə istinadən yazıb.

Məlumata görə, Rusiya tərəfi Nikol Paşinyanın Moskva hava limanında koronavirus testindən keçməsini tələb edib, çünki onun infeksiyaya yoluxması və belə sürətlə sağalması ilə bağlı şübhələr var.

Ermənistan tərəfi Paşinyanın testinin mənfi cavabını göndərməyi təklif edib, lakin qarşı tərəf baş nazirin yerində yoxlanılmalı olduğunu deyərək, bunu rədd edib.

“Əgər həqiqətən də o, yoluxub və sağalıbsa, qanında antitel olmaldır. Yox, əgər Paşinyanın koronavirusa yoluxmadığı ortaya çıxsa, o zaman Rusiya onun ölkəyə girişini qadağan edəcək. Çünki Ermənistan bölgədə koronavirusun yayılmasına görə ən təhlükəli ölkədir”.

Xatırladaq ki, daha əvvəl Paşinyan Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcəyini bildirmişdi. Dünən isə məlum olub ki, onun əvəzinə parada müdafiə naziri David Tonoyan qatılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti