Çində koronavirusa 18 yeni yoluxma aşkarlanıb
18 yeni yoluxmadan 9-u Pekində, 2-si Hubeydə müəyyən edilib, digərləri ölkəyə idxal olunub.
Xatırladaq ki, son günlər Perkində yoluxma sayının artması topdansatış bazarı ilə əlaqədardır. Buna görə də iyunun 13-dən “Sinfadi” bazarı bağlanıb.
Ümumilikdə, Çində epidemiya başlayandan bəri koronavirus infeksiyasına 83396 yoluxma halı aşkar edilib, 78413 nəfər sağalıb, 4634 xəstə ölüb. Hazırda xəstəxanalarda 349 nəfər müalicə alır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin







Vaxtında, Aydın, Lazımlı!


