Koronavirusu 30 dəqiqəyə aşkar edən test hazırlandı

Koronavirusu 30 dəqiqəyə aşkar edən test hazırlandı
  22 İyun 2020    Oxunub:3511
Yaponiyanın aparıcı əczaçılıq şirkətlərindən olan “Shionogi” insan orqanizmində yeni növ koronavirusu aşkar edəcək sadə və sürətli testin hazırlığının başa çatdığını rəsmən bəyan edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, ölkənin üç universitetinin mütəxəssislərinin iştirakı ilə hazırlanan test mürəkkəb avadanlıq və peşəkar həkim cəlb etmədən təxminən 30 dəqiqə ərzində infeksiyanı aşkar etməyə imkan verir.

Onun indi geniş yayılmış PCR testlərindən heç də geri qalmadığı bildirilir. Yeni metodologiya Nihon, Qumma və Tokio Tibb universitetlərinin birgə tədqiqatçı qrupu tərəfindən hazırlanıb.

“Shionogi” şirkəti ilk növbədə Yaponiyaya xaricdən gələn şəxslərin yoxlanılması üçün asanlaşdırılmış sınaqlar təklif etmək niyyətindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya  



Xəbər lenti