Trampın müşaviri vəzifəsini tərk edir

Trampın müşaviri vəzifəsini tərk edir
  22 İyun 2020    Oxunub:2882
ABŞ Prezidenti Donald Trampın iqtisadi müşaviri Kevin Hassett yayda administrasiyanı tərk edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.

Hassett koronavirus pandemiyası səbəbiylə iqtisadi vəziyyətin pisləşməsi şəraitində mart ayında məsləhətçi vəzifəsinə qayıdıb.

Bundan əvvəl o, ABŞ-dakı işsizliyin böyük depressiya səviyyəsinə çata biləcəyi ilə bağlı xəbərdarlıq edib və işsizliklə mübarizə xərclərinin artırılmasının tərəfdarı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: KevinHassett  



Xəbər lenti