Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

 Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi
  23 İyun 2020    Oxunub:2512
ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “CBN News”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Obama və komandası 2016-cı ildə onun seçkiqabağı kampaniyası zamanı casusluq edib. ABŞ Prezidenti hesab edir ki, Obama onun danışıqlarını dinləyib.

"Bu, dövlətə xəyanətdir. Dinlədilər və casusluq etdilər. Göründüyü kimi, mən haqlı idim", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp dəfələrlə Obamanı ittiham edib. Hətta ötən il bəyan etmişdi ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ kəşfiyyatı onu izləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti