“Tramp Putinlə görüşə bilərəkdən gecikdi” - Sabiq müşavir
Azvision.az xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton Ağ Ev haqqında xatirələr kitabında yazıb.
O, əlavə edib ki, Amerika nümayəndə heyəti Putini sammitin keçirildiyi Finlandiya prezidentinin sarayında bir müddət gözləməyə məcbur edib. Tramp görüşə Rusiya prezidentindən 20 dəqiqə sonra gəlib.
Xatırladaq ki, Putin və Tramp 2018-ci ilin yayında Finlandiyanın paytaxtında görüşüblər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: VladimirPutinl







Vaxtında, Aydın, Lazımlı!


