Bu ölkədə gün ərzində minlərlə insan virusa yoluxur

Bu ölkədə gün ərzində minlərlə insan virusa yoluxur
  23 İyun 2020    Oxunub:2210
Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 14,9 min nəfər artaraq 440 215-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilir ki, indiyədək 237 195 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 312 nəfər artaraq 14011-ə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  



Xəbər lenti