Almatıda COVID-19 testi vermək üçün günlərlə növbə gözləyirlər - VİDEO

Almatıda COVID-19 testi vermək üçün günlərlə növbə gözləyirlər -  VİDEO
  23 İyun 2020    Oxunub:3537
Qazaxıstanın Almatı şəhərinin sakinləri koronavirus testi vermək üçün günlərlə növbə gözləməkdən şikayətləniblər.
Azvision.az xəbər verir ki, hər gün yüzlərlə insan testdən keçmək məqsədilə müraciət edir.

Şəhər sakini Altınay Muldaşeva bildirib ki, növbələrdə sosial məsafə qorunmur, insanların virusa yoluxma ehtimalı yüksəkdir.



"Belə növbələrdə insanlar asanlıqla yoluxa bilərlər. Tesdən keçmək istəyən çox, laboratoriya sayı isə azdır. Təsəvvür edin, iki milyonluq şəhərin cəmi iki laboratoriyası var. Üç saat gözlədim, amma mənə növbə çatmadı. Elə insanlar var ki, günlərlə bura gəlir, lakin analiz verə bilmir. Onları test olmadan işə buraxmırlar. Səhiyyə şöbəsi niyə laboratoriyaların sayını artırmır? Hətta pullu analizlərdən də keçmək mümkün deyil".



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan  



Xəbər lenti