Polşa Azərbaycana humanitar yardım göndərib
“Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır”, - deyə Polşanın Xarici İşlər nazirinin müavini Paveł Jabłoński bildirib.
Yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min PLN olan tibbi maska, baş geyimi və dezinfeksiyaedici vasitələr göndərib.
“Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcəkdir”, - deyə Jabłoński vurğulayıb.
Nazir müavini, həmçinin qeyd edib ki, Maddi Ehtiyatlar Agentliyi və Səhiyyə Nazirliyinin dəstəyi olmadan geniş yardım kampaniyası mümkün olmazdı. O, birbaşa köməkçilərə - Beynəlxalq Həmrəylik Fonduna və Milli Müdafiə Nazirliyinə də təşəkkür edib.
Xatırladaq ki, Polşa bir həftə əvvəl Ermənistan və Gürcüstana da humanitar yardım göndərib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: PavełJabłoński