Almaniyada COVID-19-dan ölüm sayı artıb
Almaniyada koronavirusa yoluxanların ümumi sayı 194 259 nəfərdir. Son bir gündə xəstəlikdən 12 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 8973-ə çatıb. 179,1 minə yaxın xəstə sağalıb.
Ən çox yoluxma Bavariya (48 400), Şimali Reyn-Vestfaliya (43 066) və Baden-Vürttemberq (35 620) bölgələrində aşkar edilib. Berlində indiyədək 8220 yoluxma qeydə alınıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: COVID-19