Tramp Meyi qorxudub, Merkeli isə “axmaq” adlandırıb

Tramp Meyi qorxudub, Merkeli isə “axmaq” adlandırıb
  30 İyun 2020    Oxunub:2704
ABŞ Prezidenti Donald Tramp Rusiya və türkiyəli həmkarları - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğana hörmətlə yanaşsa da, Birləşmiş Ştatların müttəfiqləri olan ölkələrin liderlərini davamlı təhqir edib.
Azvision.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Məumata görə, Tramp, xüsusilə qadınlara qarşı sərt davranıb. Belə ki, Britaniyanın keçmiş Baş Naziri Tereza Meyi lağa qoyaraq, onu təhqir etməklə yanaşı, bilərəkdən qorxudub.

Donald Tramp gizli telefon danışığı zamanı Almaniya kansleri Angela Merkeli və Meyi "axmaq" adlandırıb.

Merkel Trampın hücumlarına davamlı dözsə də, Mey Amerika lideri ilə söhbət zamanı "həyəcanlı" və "əsəbi" olub.

ABŞ Prezidentinin Britaniyanın Baş Nazirini niyə qorxutmağa çalışması isə məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti