Ermənistanın 36 hərbçisi yaralandı - Digər itkilər hələ də gizlədilir
Gün ərzində itkilərin daha bir qisminin ictimaiyyətə açıqlanacağı gözlənilir. Sosial şəbəkələrin Ermənistan seqmentində yer alan məlumatlar bu ölkənin rəsmi qurumlarının ictimaiyyəti aldatdığını, itkiləri gizlətdiyini bir daha təsdiqləyir.
Xatırladaq ki, Ermənistan tərəfinin çoxsaylı itkiləri olsa da, hələki faktları gizlətməyə çalışır. İndiyədək guya 4 hərbçisinin öldüyünü açıqlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı son məlumata əsasən, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


