Dərc olunmuş məlumatlarda belə təxribatlarla Ermənistanın yalnız ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesinə xələl gətirməyə deyil, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını də bu münaqişəyə cəlb etməyə, təşkilata üzv ölkələri isə özünün çirkin siyasətinin alətinə çevirməyə cəhd etdiyi qeyd edilir.
Yazılarda beynəlxalq hüququ, bu xüsusda ərazi bütövlüyü və ölkələrin suverenliyi kimi əsas prinsipləri dəstəkləyən beynəlxalq ictimaiyyətin çoxsaylı üzvlərinin Ermənistanın təxribat xarakterli əməllərini pislədiyi vurğulanır. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin Ermənistan ərazisindən atəşə tutulmasının davam etdiriləcəyi halda, belə təxribatçı hərəkətlərə Azərbaycan tərəfindən bundan sonra da adekvat cavab veriləcəyi haqda bəyanatı da öz əksini tapır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


