Ermənistanda koronavirusa yoluxma sayı 34 mini keçdi

Ermənistanda koronavirusa yoluxma sayı 34 mini keçdi
  17 İyul 2020    Oxunub:2598
Ermənistanda son sutka ərzində daha 442 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 34 001 nəfərə çatıb.

Son sutkada 13 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 620 nəfər olub.

İndiyədək 22 492 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 197 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti