Paşinyan müharibədən qorxdu

Paşinyan müharibədən qorxdu
  17 İyul 2020    Oxunub:4884
Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti həll etmək üçün Bakı ilə sülh danışıqlarına alternativ yoxdur.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

"Münaqişənin güc yolu ilə həlli mövcud deyil. Bütün bölgə xalqlarının maraqlarına cavab verən dinc danışıqlara alternativ yoxdur", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfi Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib. Son döyüşlərdə yüzə yaxın hərbçisini itirən Ermənistan rəhbərliyinin Minskdə səsləndirdiyi "sülh bəyanatı" onun müharibə qorxusundan xəbər verir. Geriyə addım atan Paşinyan bununla sərhəddə gedən döyüşlər zamanı Azərbaycan Ordusu qarşısında məğlub olduqlarını etiraf edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Paşinyan  



Xəbər lenti