Şoyqunun qızı atası ilə fotolarını yaydı

Şoyqunun qızı atası ilə fotolarını yaydı
  18 İyul 2020    Oxunub:12894
"Qəhrəmanlar Liqası" layihəsinin rəhbəri Kseniya Şoyqu "İnstagram"da Tuvaya səfəri zamanı atası, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə çəkilmiş fotolarını nümayiş etdirib.
Azvision.az xəbər verir ki, Kseniya "Birlikdə olmaq üçün bir yerdə olmalısan. Mənimlə keçirdiyi vaxta görə təşəkkür edirəm. Dünyanın ən yaxşı atası!", - deyə paylaşımda yazıb.

Yayımlanan fotolardan Müdafiə nazirinin balıqçılıq və ağac oymaçılığı ilə məşğul olduğu görünür.

Qeyd edək ki, 2018-ci ildə keçirilən sərgidə Sergey Şoyqunun rəsm əsərləri, habelə, oyma əsərləri və heykəllər təqdim edilib.


Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyanınMüdafiənaziriSergeyŞoyqu  



Xəbər lenti