Yaponiyanın Baş naziri istefa verdi - YENİLƏNİB
Abe istefasını xəstəliyi ilə əlaqələndirib. O, vəzifələrini yerinə yetirə bilməməsinə görə üzr istəyib və Rusiya ilə sülh müqaviləsi bağlanmasına nail olmadığı üçün təəssüfünü ifadə edib. Əlavə edib ki, yeni Baş nazir təsdiqlənənə qədər vəzifəsini icra edəcək.
Qeyd edək ki, Şinzo Abe 2012-ci ildən Baş nazir vəzifəsindədir. O, Yaponiyanın ən uzun müddətli Baş naziridir.
***
Yaponiyanın Baş naziri Şinzo Abe hakim bloka istefa qərarı barədə məlumat verib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, seçkilərə qədər o, hökumət başçısı vəzifəsini icra edəcək.
Daha əvvəl KİV Baş nazirin səhhəti ilə bağlı istefa vermək niyyətində olduğu barədə yazıb.
Avqustun 24-də onun bu vəzifədə olmasının 2799 günü tamamlanıb, bu da Yaponiya hökumət başçıları arasında ən uzun müddətdir.
Bu yaxınlarda səhhətinin pisləşməsi ilə bağlı Baş nazir xəstəxanada olub.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


