Özbəkistanda yoluxanların sayı artıb

Özbəkistanda yoluxanların sayı artıb
  28 Avqust 2020    Oxunub:2776
Özbəkistanda son sutka ərzində daha 393 nəfər koronavirusa yoluxub, 5 nəfər pandemiyanın qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 40 447 nəfərdir. İndiyədək 37 200 pasiyent sağalıb, 298 nəfər həyatını itirb.

Hazırda ölkənin tibb müəssisələrində 2949 xəstə müalicə olunur, 279 xəstənin vəziyyəti ağırdır. Həkimlər 133 xəstənin vəziyyətini daha ağır kimi qiymətləndirir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Özbəkistan  



Xəbər lenti