Ukraynada 2451 nəfər virusdan öldü

Ukraynada 2451 nəfər virusdan öldü
  28 Avqust 2020    Oxunub:2594
Ukraynada son sutka ərzində 2438 nəfər COVID-19 virusuna yoluxub, 39 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 114 497 nəfərə çatıb, 2451 nəfər virusun qurbanı olub. İndiyə qədər 55 083 xəstə sağalıb. Ölkədə 41 mindən çox test edilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   COVİD-19  



Xəbər lenti