Afrikada virusdan ölənlərin sayı 29 mini ötüb

Afrikada virusdan ölənlərin sayı 29 mini ötüb
  29 Avqust 2020    Oxunub:2092
Afrika qitəsində son 24 saatda 8 min 116 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 233 min 365 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 231 nəfər artaraq 29 min 141-ə yüksəlib. Yoluxanlardan 964 min 846 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə, ilk sıralarda Cənubi Afrika (13 743) , Misir (5 362) və Əlcəzair(1483) qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika  



Xəbər lenti