|
| Avtomobil şirkətləri Rusiyada yenidən fəaliyyətə başlayır |
Musa Quliyevin fikrincə, toyların keçirilməsi ilə bağlı sərt qadağalar yumşalmalıdır:
"Bir çox Avropa ölkələrində vaksinasiyanın sürətlənməsi və yoluxma sayının aşağı düşməsi nəticəsində açıq havada maskasız gəzməyə icazə verildi. Azərbaycanda da bunu etmək mümkündür. O cümlədən, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməsi, metronun açılması barədə qərarlar verilə bilər. Lakin həm deputat, həm də həkim olaraq vətəndaşlara çağırış edirəm ki, vaksinasiya prosesinə daha aktiv qoşulsunlar, məsuliyyətli olsunlar. Bu tək özlərinin deyil, ailə üzvlərinin, işlədikləri kollektivlərin sağlamlığı üçün lazımdır. Vaksinasiya pandemiyadan çıxmağın ən başlıca xilas yoludur. Əgər normal həyata qayıtmaq istəyiriksə, daha çox şəxs vaksin olunmalıdır ki, kütləvi immunitet qazanmış olaq".
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


