Tacikistandakı səfirimizlə bağlı sərəncam

   Tacikistandakı səfirimizlə bağlı sərəncam
  16 İyul 2021    Oxunub:931
Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azvision.az



Teqlər: Tacikistan  



Xəbər lenti