Ötən il 75 əcnəbi narkotikə görə tutulub

Ötən il 75 əcnəbi narkotikə görə tutulub
  17 İyul 2021    Oxunub:1059
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Azərbaycanda məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.
Azvision.az -ın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, məsuliyyətə cəlb edilmiş 75 xarici ölkə vətəndaşından 39-u İran İslam Respublikası, 11-i Gürcüstan, 18-i Rusiya, 3-ü Qazaxıstan, 2-si Türkiyə, 1-i Pakistan və 1-i Ukrayna vətəndaşları olub.


Azvision.az


Teqlər: Həbs  



Xəbər lenti