Sumqayıtda məişət tullantıları poliqonu yanır

   Sumqayıtda məişət tullantıları poliqonu yanır
  18 İyul 2021    Oxunub:2099
Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olub.

Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az




Teqlər: Yanğın   FHN  



Xəbər lenti