Şirvanda “patı” satanlar saxlanılıb

Şirvanda “patı” satanlar saxlanılıb
  18 İyul 2021    Oxunub:1482
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Azvision.az - a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Famil Dəmirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı F.Dəmirovdan satış məqsədilə qablaşdırılmış metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir

Azvision.az



Teqlər:



Xəbər lenti