“Tokio-2020”: Stend atıcısı Emin Cəfərov 24-cü pilləni tutub
Stend atıcılığı üzrə Azərbaycan təmsilçisi Emin Cəfərov 71 xalla 30 iştirakçı arasında 24-cü pilləni tutub. E.Cəfərov sabah davam edəcək təsnifat mərhələsində mübarizəni davam etdirəcək. Təsnifat mərhələsindən sonra yalnız ilk 6 yerin sahibi mükafatlar uğrunda yarışacaq.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.
Azvision.az
Teqlər: