FHN-nin növbəti qrupu Türkiyəyə yola düşüb - VİDEO
01 Avqust 2021
Oxunub:1057
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda qrup qonşu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir.