Rafael Ağayev Tokio-2020-yə qələbə ilə başladı

Rafael Ağayev Tokio-2020-yə qələbə ilə başladı
  06 Avqust 2021    Oxunub:1253
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Azvision.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.

Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Azvision.az


Teqlər: Karate  



Xəbər lenti