Körpə doğulandan yarım saat sonra ana südü qəbul etməlidir

 Körpə doğulandan yarım saat sonra ana südü qəbul etməlidir
  06 Avqust 2021    Oxunub:1326
“Yenidoğulan körpə doğumdan təxminən yarım saat sonra ana südü qəbul etməlidir. Sonrakı dövrdə körpənin yuxusu başlayır”.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O qeyd edib ki, ilk qəbul edilən süd daha vacibdir.
"Sevindirici haldır ki, Azərbaycanda təbii doğuşlara üstünlük verilir. Qeysəriyyə əməliyyatı ilə doğuş hallarına da rast gəlinir və bu da həkim məsləhəti ilə icra edilməlidir. Qeysəriyyə vasitəsilə doğulan körpə süd əmməyə gec meyil göstərir. Ancaq bu südün az olması demək deyil. Analar südünün çatmayacağını düşünəndə problemlər meydana çıxır”.

Azvision.az


Teqlər: Anasüdü  



Xəbər lenti