Müştərilərə qəlyan təklif edən obyekt sahibi 8 sutkalıq həbs edilib
Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.
Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: Həbs







Vaxtında, Aydın, Lazımlı!


