Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

   Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
  06 Avqust 2021    Oxunub:1644
Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az


Teqlər: MN   Naxçıvan  



Xəbər lenti