Fərqanə Qasımovanın ad günü sirri

 Fərqanə Qasımovanın  ad günü sirri
  06 Avqust 2021    Oxunub:2103
Bu gün xanəndə Fərqanə Qasımovanın doğum günüdür. Muğam ifaçısı 42 yaşını qeyd edir. AzVision.az xanım sənətçinin özəl günündə onunla söhbətləşib.
- Yaşım artdıqca qadınlığın, gözəlliyin də artdığını müşahidə edirəm. Çalışıram ki, hər yaşda bu gözəlliyi, təravəti qoruyub saxlayam. Ətrafımızdakıları sevindirmək üçün gözəl, gənc, sağlam qalmağımız çox vacibdir.

- Bir xanımın gözəl qalması üçün ona nə lazımdır?
- Kamillik, səbr və həyatda məqsəd.

- Geriyə boylananda ən çox hansı illərin xatirəsi sizi özünə çəkir?
- Keçmişimiz film, sabahımız ümiddir. Keçmişimə baxanda böyük bir filmi izləmiş oluram. Bu filmi heç kim görməyib. Nə yaxşı ki, orada baş qəhrəmanı mənəm. Öz filmimlə həmişə qürur duyuram, mən bütün məqamlara çəkilmişəm. Çox razıyam.


- Atanız Alim Qasımov bu gün sizi necə təbrik etdi?
- Atam erkən saatlarda zəng edib ürək sözlərini dedi. O məni bir neçə gün öncədən maddi və mənəvi baxımdan təbrik etmişdi. Bu gün biz telefonla danışanda atama dedim ki, “sənin var olduğun hər gün mənim doğum günümdür”. Hamı ata-bala ola bilər. Bu, instiktiv insan duyğusudur. Bunu biz seçmirik, Allah yardır. İstəsək də, istəməsək də valideyin və övlad oluruq. Atamla mənim aramda olan dostluğu, sənət birliyini Allah bizə hədiyyə göndərib. Ona qarşı sevgim hədsiz-hüdudsuzdur. Alim Qasımov mənim üçün heç kimin əvəz edə bilməyəcəyi məhəbbətdir.


- Kimin təbriki ürəyinizə yağ-bal kimi yayılar?
- Dünən mən elə bir təbriki aldım. Nədən ibarət olduğunu açıqlamayacağam.

- Hədiyyəni kim etdi?
- Aldım da. Qoy sirr olsun (gülür)

- Yeni yaşınızda həyatdan gözləntiləriniz nədir?
- Artıq həyatdan və insanlardan heç bir şey gözləmirəm. Çünki Allah mənim həyat, sənət və analıq yolumu o qədər gözəl şəkildə açıb ki, başqa istəyim qalmyıb. Tək arzum Tanrının hüzuruna üzüağ getməkdir. Balalarımı Allaha əmanət etmişəm. Onun rəhmindən savayı bu dünyada başqa bir şey ummuram.



- Özəl gününüzdə ovqatınızı hansı mahnılarınızla ifadə edərdiniz?
- Yanımdakı insanlar, dostlar ürək sözləri, arzuları və duaları ilə məni yaşadır. O qədər gözəl təbriklər almışam ki, hərəsi mənim üçün bir nəğmə, bir mahnıdır. Ona görə də dodağımda bu gün bütün mahnılar öz əksini tapır.


Şahanə Rəhimli
Azvision.az


Teqlər: FərqanəQasımova   Xanəndə  



Xəbər lenti